
ƏDİBİN EVİ · ƏDƏBİYYATA DƏSTƏK FONDU
Ədəbi irsin
yaşadığı məkan
Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929–1941-ci illərdə İçərişəhərdə yaşadığı tarixi məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiqi, qorunması və təbliği istiqamətində fəaliyyət göstərir.
Ədibin Evi keçmişin ədəbi yaddaşını bu günün yaradıcı düşüncəsi ilə birləşdirən mədəniyyət məkanıdır.
Mir Cəlal Paşayev
1908–1978
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas alim və pedaqoq. Onun zəngin bədii və elmi irsi bu gün də yeni nəsillərə ilham verir.